Bəzi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

11:25 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub.

Küləyinin maksimal sürəti Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-16 , Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.